Sərhəddə 21 kiloqramdan çox narkotik və 4 min həb götürüldü

Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Məlumata görə, İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq hərəkət edən paratrike tipli uçuş aparatı aşkarlanıb.
Əməliyyat nəticəsində uçuş aparatı zərərsizləşdirilib, onu idarə edən İran vətəndaşı saxlanılıb.
Paratrikedən 19 kiloqram 270 qram marixuana, 1 kiloqram 940 qram tiryək və 4 000 ədəd metadon M-40 həbi götürülüb.
Dövlət Sərhəd Xidməti bildirib ki, bu cür qanunsuz əməllərin qarşısının alınması və iştirakçıların saxlanılması istiqamətində zəruri tədbirlər davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.