Yeni generallara ali hərbi rütbələri təqdim olunub

Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə ali hərbi rütbələrə yüksəldilən hərbi qulluqçularla görüşüb.
Noyabrın 16-da keçirilən görüşdə dövlət başçısının 7 noyabr 2026-cı il tarixli Sərəncamı, eləcə də müdafiə nazirinin müvafiq əmri elan edilib. Daha sonra zabitlərə yeni ali hərbi rütbələri təqdim olunub.
General-polkovnik Zakir Həsənov Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdırıb, onların xidmətlərini davam etdirmələri üçün uğurlar diləyib.
Zaur Rüstəmov, Hikmət Əliyev və Elnur Ələsgərli göstərilən etimada görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.