Tural Maniyev Müdafiə Nazirliyindəki vəzifəsindən getdi

Polkovnik Tural Maniyev Müdafiə Nazirliyində tutduğu vəzifədən azad edilib.
Məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. O, ehtiyata buraxılıb.
Xatırladaq ki, mərhum Xalq artisti Muxtar Maniyevin oğlu olan Tural Maniyev 10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin olunmuşdu. Təyinatından sonra onun hərbi rütbəsi də artırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.