AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İctimai alçalma”: Aİ-də Kaya Kallasın səlahiyyətləri niyə məhdudlaşdırılıb?

  • + A
  • - A
  • Dünən, 22:21

    “İctimai alçalma”: Aİ-də Kaya Kallasın səlahiyyətləri niyə məhdudlaşdırılıb?

    “Nüfuzu sıfıra enib”: Kaya Kallas İsraillə danışıqlardan kənarlaşdırılıb

    Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İsraillə danışıqlardan kənarlaşdırılıb. Bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, hazırda İsraillə münasibətləri Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa idarə edir.

    Kallasın bu prosesdən kənarlaşdırılmasına səbəb onun İsrailin xarici işlər naziri Gideon Saarla yaşadığı münaqişə olub. Belə ki, Kallas daha əvvəl İsrailin fələstinlilərlə rəftarını Cənubi Afrikada aparteid dövründə həyata keçirilən siyasətlə müqayisə edib.

    Bundan sonra Gideon Saar Kallasın bu fikirlərindən imtina etməyəcəyi təqdirdə onunla bütün əlaqələri dayandıracağını bildirib.

    Politico ilə söhbətində Aİ nümayəndələrindən biri Saarın Kallasla ünsiyyətdən imtina etməsini şəxsi seçim məsələsi kimi qiymətləndirib. Digər həmsöhbət isə vəziyyəti şəxsi antipatiyanın təzahürü adlandırıb.

    İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda əlaqələrin dayandırılması ilə bağlı qərar qüvvədə qalır. Nazirlik vurğulayıb ki, bu məhdudiyyət yalnız Kaya Kallasa aiddir. İsrail Avropa İttifaqı və onun üzv dövlətləri ilə əməkdaşlığı davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR