AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra istefa verməyə hazır olduğunu açıqlayıb

  • + A
  • - A
  • Dünən, 22:25

    Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra istefa verməyə hazır olduğunu açıqlayıb


    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra istefa verməyə hazır olduğunu bildirib. Bu barədə o, parlamentdə hökumət saatı zamanı danışıb. Məlumatı «Armenpress» yayıb.

    Paşinyan bildirib ki, sülh sazişinin imzalanması və ratifikasiya olunmasından sonra baş nazir kimi missiyasını yerinə yetirilmiş hesab edəcək və vəzifəsindən gedəcək.

    Baş nazir əlavə edib ki, Ermənistan vətəndaşları referendumda ölkənin yeni Konstitusiyasının qəbul edilməsinin əleyhinə səs versələr də, istefa verməyə hazırdır. Onun sözlərinə görə, bundan sonrakı siyasi proseslərlə bağlı qərarı ölkə vətəndaşları verəcək.

    Paşinyan həmçinin yeni Konstitusiya qəbul edildikdən sonra Azərbaycanla sülh sazişinin imzalanacağına və ratifikasiya olunacağına dair təminatların olduğunu bildirib.

    O, bu barədə belə deyib:

    “Yeni Konstitusiyanın qəbulundan sonra sülh sazişinin imzalanacağına və ratifikasiya ediləcəyinə dair təminatlar varmı? Bəli, belə təminatlar var. Mən bunun məsuliyyətini öz üzərimə götürə bilərəm”.

    Məlumat üçün: Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 11-də dərc olunub. Bundan bir neçə gün əvvəl sənəd Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanıb. Lakin saziş hələ də rəsmən imzalanmayıb.

    Rəsmi Bakının irəli sürdüyü əsas şərtlərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi, digəri isə ATƏT-in Minsk qrupunun ləğvidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR