Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinə yeni rəis təyin olunub.
Məlumatı saytımıza Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.