Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.
Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov vəzifəsindən azad edilib.
N.Səfərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat olmayıb.
Məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.