AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Millət vəkilinin jurnalist sorğusunu cavablandırmaması hüquqi məsuliyyət yaradır”

  • + A
  • - A
  • 22-04-2017, 10:06

    “Millət vəkilinin jurnalist sorğusunu cavablandırmaması hüquqi məsuliyyət yaradır”















    Millət vəkillərinin etik davranış kodeksi ilə bağlı yeniliklər son günlərin ən çox müzakirə edilən məsələləri sırasınadır

    Dəyişikliyə görə, etik davranış normalarını pozan millət vəkili digər cəzalarla yanaşı, mandatından da məhrum edilə bilər.

    Maraqlıdır, jurnalist sorğularına cavab verməyən, onlarla əməkdaşlıqdan qaçan və ya açıq şəkildə imtina edən millət vəkillərinin bu addımı etik davranış kodeksinin pozulması kimi dəyərələndirilə bilərmi? Bir millət vəkili jurnalistin suallarına cavab verməyə nə dərəcədə məcburdur?

    Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli millət vəkilinin jurnalist sorğusunu cavablandırmağa borclu olduğunu, bunun əksinin hüquqi məsuliyyət yaratdığını bildirib:

    “Etik davranış qaydalarının qəbulu yeni hadisə deyil. Bu, Milli Məclisin daxili nizamnaməsində var idi. Sadəcə, 2016-cı il 26 sentyabr tarixli konstitusiya dəyişikliyindən sonra, hansı ki, orada deputatların etik məsuliyyəti nəzərdə tutulub və bildirilir ki, onlar etik davranış qaydalarını pozarlarsa, mandatları əllərindən alınacaq, Mili Məclisin daxili nizamnaməsinə dəyişiklik etmək məcburiyyəti yaranıb. Bu gün baş verənlər də bu çərçivədə həyata keçirilir.

    Bəs qeyd etdiyiniz kimi, deputat jurnalistin sorğusundan imtina edə bilərmi? Yaxud etməsi, etik davranış qaydasını pozurmu? Burada ilk növbədə etik yox, hüquq qaydalarından söhbət gedəcək. KİV haqqında qanunun 8-ci maddəsinə görə, dövlət qurumları, o cümlədən onların təmsilçiləri, bura deputatlar da daxildir, jurnalistin qanuni sorğularına cavab vermək məcburiyyətindədirlər. Bu çərçivədə onlar hüquqi məsuliyyət daşıyırlar. Əgər jurnalist sorğusundan imtina edilir və ya ondan qaçınırsa, söhbət rəsmi sorğulardan gedir, bu, təbii ki, məsuliyyət yaradır. Amma müsahibə vermək və ya müsahibəni razılaşdırmaq, bu, təbii ki, tərəflərin ortaq razılığı ilə olan bir şeydir. Müsahibə sorğu deyi. Şəxsin vaxtı və imkanı varsa, müsahibə verə bilər. Sorğu isə hökmən cavablandırılmalıdır.

    Xatırladaq ki, hüququ pozmaq eyni zamanda etik pozuntudur. Bu baxımdan jurnalist sorğusuna cavab verməmək o deməkdir ki, deputat etik pozuntuya yol verir”. (Moderator.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR