Braziliyanın REBE TV kanalında Azərbaycana həsr edilmiş növbəti proqram efirə gedib (FOTO)
Şənbə, 10 oktyabr tarixində Azərbaycana həsr edilmiş silsilə proqramların davamı olaraq Braziliyanın REBE TV kanalında növbəti proqram efirə getmişdir.
Səfirlikdən verilən məlumata görə, Azərbaycanda mültikulturalizmin dərin tarixi və ənənələrindən bəhs ədən proqramda yerli ekspert qismində cənab Klaus Junior və professor Leyla Bijos çıxış etmişlər. Hər iki müsahibəçi Azərbaycanla bağlı xatirələri ilə bölüşərək, ölkəmizin bu sahədə təcrübəsinin nümunəvi olduğunu qeyd etmişlər. Braziliyanın özünün çoxmillətli ölkə olduğunu söyləyən professor L.Bijos qarşılıqlı təcrübənin öyrənilməsinə ehtiyac olduğunu vurğulamışdı. Həmçinin, professorun Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzində apardığı tədqiqatlar nəticəsində Braziliyada, Azərbaycana həsr edilmiş ilk “Azərbaycanın dövlət siyasətində multikulturalizmin rolu” adlı elmi kitabın buraxıldığı və bu kitab əsasında bir neçə yerli universitetlərdə tədris proqramların tərtib edildiyi də bildirilmişdi.
Cənab Kalus Junior öz növbəsində Azərbaycanla tanışlığından böyük məmnunyətini bildirərək, ölkəmizdə olduğu zaman bir sıra bölgələrimizə səfər edərək, etnik, mədəni, dini zənginliyimiz ilə tanış olduğunu və bu da onun təcrübəsinin artırılmasına xidmət etdiyini söyləmişdir. Müsahibəçi Braziliya və onun hüdudundan kənarda Azərbaycan multikulturalizm modelinin təbliğ etdiyini də qeyd etmişdir.
Bildiriləsidir ki, hər iki ekspert müxtəlif vaxtlarda Azərbaycanda olmuş və Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzi ilə six əlaqədə akademik layihələr üzərində işlər aparırlar.
Müsahibə saat 10.00 efirə getmiş və təkrar olaraq bazar günü bir daha yayımlanacaq. Proqramın tam versiyası ilə verilən keçid ilə tanış olmaq olar
https://www.youtube.com/watch?v=y8fcBGJHo4U&feature=youtu.be