AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndərin siyasi irsi daimi öyrənilməli və təşviq olunmalıdır

  • + A
  • - A
  • 9-03-2021, 21:48


    Mirzəzadə Sadiq Balaşirin oğlu
    Biz-gənclər Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsinin vurğunuyuq. Azərbaycan tarixinə nəzər yetirəndə Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının inkişafında hər zaman rolunun çox böyük olduğunun şahidi olursan. İstər sovetlər dövründə, istərsə də Azərbaycanın müstəqilliyi dövründə Ulu Öndərin Azərbaycanın inkişafında hansı işləri gördüyünü tarix sübut edir.
    YAP-ın yaradılması xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlişi, yenicə müstəqillik qazanmış Azərbaycan dövlətinin inkişafında özünü dərhal göstərdi. Səriştəsiz və təcrübəsiz rəhbərlərin hakimiyyətdə olması Azərbaycanı məhvə doğru aparan bir vaxtda Ulu Öndərin hakimiyyətə gəlməsi demək olar ki, Azərbaycan xalqının ürəyindən xəbər verdi.
    Cənab Prezidentin YAP-ın VII qurultayındakı çıxışında da qeyd olundu ki, Heydər Əliyevin siyasi irsi müstəqil dövlətimizin əsasını təşkil edir. Ona görə də Ulu Öndərin siyasi irsi daimi öyrənilməlidir və təşviq olunmalıdır. Onun müdrikliyi, natiqliyi, cəsarəti, öz xalqına daim diqqətli olmağı, korrupsiya və rüşvətxorluğa qarşı amansız olması ona böyük rəğbət qazandırmışdır.
    1993-2003 - cü illər ərzində ölkənin inkişafında həlledici illər olub. Çünki dövlətin təzəcə qurulduğu bir dövürdə çətinliklər olduqca çox idi. Xalq cəbhəsi-Musavat cütlüyünün ölkədə yaratdıqları problemlər, bir sıra rayonların ermənilər tərəfindən işğalı, ölkədəki xaos, 20 yanvar faciəsinə siyasi qiymət verilməməsi, konstitusiyanın olmaması Heydər Əliyevi çox narahat edirdi. Lakin çox keçmədi ki, bu müdrik və təcrübəli insan var gücü ilə fəaliyyətə başladı, və problemləri bir-bir həll etdi. YAP-ı yaratmaqla xalqı sanki bir yerə yığdı. Ölkənin gələcək inkişafı üçün çox düşünülmüş bir proqram tərtib etdi.
    Bu gün Heydər Əliyev məktəbinin yetirməsi və irsinin davamçısı Cənab Prezident İlham Əliyev ölkəni çox gözəl idarə edir.
    30 il bundan əvvəl kreslo, hakimiyyət davasına başları qarışan təcrübəsiz rəhbərlərin səhvləri ucbatından ermənilər tərəfindən işğal edilmiş torpaqları məhz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günə azad edildi. İlham Əliyev bu qələbə ilə yeni tarix yazdı. Çünki tarixə nəzər yetirəndə əsrlər boyu Azərbaycan dövləti zəfər çala bilməmişdir. Lakin Ali Baş Komandan, hakim partiyanın sədri İlham Əliyevin birbaşa rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızı işğalçılardan azad etdi və ərazi bütövlüyümüzü bərpa etdi.
    Biz gənclər hər zaman Cənab Prezidentin ətraflarında bir yumruq kimi birləşmişik və Ulu Öndərin siyasi irsini öyrənməyə və təşviq etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR