Mərakeş hakimiyyəti koronavirus pandemiyasının yayılması ilə mübarizə çərçivəsində Fransa və İspaniya ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.
Azadmedia.az-ın məlumatına görə, bu barədə "Le360" informasiya portalı hakimiyyət strukturlarındakı mənbələrə istinadən bildirib.
Mərakeşdən Fransa, İspaniyaya və əks istiqamətdə sərnişin təyyarələrinin uçuşları martın 30-dan gələcək məlumat verilənə qədər dayandırılacaq.
Portalda bundan əvvvəl bildirilib ki, krallığın hakimiyyəti yeni koronavirus növlərinin yaranması və yayılmasına görə narahatdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.