AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev ÜST-ün COVID-19-la bağlı hesabatını yetərli hesab etməyib

  • + A
  • - A
  • 31-03-2021, 01:28


    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında COVID-19-un mənşəyinə aydınlıq gətirilməyib.

    Bunu Ağ Ev mətbuat katibi Cen Psaki bildirib.

    “Mütəxəssislərimiz hər hansı bir fərziyyə üçün əlavə dəstək olmadığından narahatdırlar. Altı-doqquz ay əvvəl koronavirusun mənşəyi ilə bağlı baş verənlərə dair daha çox izahat və ya daha çox məlumat əldə edilməsinə yaxın deyilik. Bunun gələcəkdə qarşısını necə almalı olduğumuza dair heç bir göstərici və ya tövsiyə yoxdur, bu isə vacibdir”, - Psaki belə deyib.

    Bundan başqa, o, Çini virusun mənşəyinin səbəbləri ilə bağlı qeyri-şəffaf olmaqda günahlandırıb.

    “Onlar şəffaf deyildilər, məlumatları təqdim etməyiblər. Bunu qətiyyən əməkdaşlıq adlandırmaq olmaz”, - deyə Psaki əlavə edib. APA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR