Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edib.
Nazirin əmri ilə polis polkovnik-leytenantı Füzuli Şıxıyev Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə F. Şıxıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin Şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.