AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Səhiyyə Nazirliyi turist qruplarının ölkəyə buraxılmasını təxirə salmağa çağırıb

  • + A
  • - A
  • 27-04-2021, 21:11

    İsrail Səhiyyə Nazirliyi turist qruplarının ölkəyə buraxılmasını təxirə salmağa çağırıb

    İsrail Səhiyyə Nazirliyi ölkəyə peyvəndlənmiş turistlərin buraxılması layihəsini təxirə salmağa çağırıb.

    Bu barədə nazirliyin mətbuat xidməti bildirib.

    Bir müddət əvvəl İsrail Turizm Nazirliyi bildirmişdi ki, mayın 23-dən başlayaraq ABŞ və Avropada təsdiqlənmiş vaksinlərlə peyvəndlənən 40-dək turist qrupunun İsrailə səfərlərinə icazə verilə bilər. İyun ayından isə sayın artırılması nəzərdə tutulurdu.

    Səhiyyə Nazirliyi yayımladığı məlumatda dünyada koronavirusun yeni mutasiyalarının yaranmasını nəzərə alaraq turist səfərlərinin iyunun sonunadək təxirə salınmasına çağırıb.

    Qeyd edək ki, bu günədək İsraildə əhalinin 55 faizi koronavirusa qarşı vaksinlənib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR