AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin deputatı Ceyhun Məmmədovun seçicilərlə görüşləri davam edir - fotolar

  • + A
  • - A
  • 26-05-2021, 10:24


    Milli Məclisin deputatı Ceyhun Məmmədovun Bakı şəhərində məskunlaşan Cəbrayıl sakinləri ilə görüşləri davam edir. Növbəti görüşlər Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi yarımçıq xəstəxana binasında, Nərimanov rayonu Arif Hüseynov 31-də yarımçıq poliklinika binasında və Qobu Park 2 yaşayış kompleksində müvəqqəti məskunlaşan Cəbrayıldan olan bir qrup sakinlə olub.
    Görüşlərdə vətəndaşları narahat edən məsələlər dinlənilib, araşdırılması və həlli üçün qeydiyyata alınıb. Sakinlərə hər bir müraciətə baxılaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırlacağı bildirilib.
    Nərimanov rayonu Arif Hüseynov 31-də yarımçıq poliklinika binasında vətəndaşlarla görüş zamanı orada yaşayan, vətən müharibəsində yaralanan Cəbrayıl rayonu Qalacıq kənd sakini Nəbiyev Ələddin Asif oğlunun ailəsinə də baş çəkilib, qayğıları ilə maraqlanılıb.
    Qobu Park 2 yaşayış kompleksində görüş zamanı Burada yerləşən Cəbrayıl rayonu Soltanlı kənd məktəbində rayon təhsil şöbəsinin rəhbərliyi və məktəbin kollektivi ilə göruş keçirilib. Məktəbin şəraiti, şagirdlərin təhsili ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb. Görüşlər davam edir.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR