26 may 2021-ci il tarixində Avstriyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo arasında görüş baş tutub.
Görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadagan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilərək, gələcək əməkdaşlıq imkanları müzakirə edildi.
Həmçinin görüşdə nazir 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verərək, Ermənistan tərəfindən müharibə zamanı heç bir fərq qoyulmadan istifadə edilən və proporsional olmayan müharibə metodlarına həmsöhbətinin diqqətini çəkdi.
Ermənistan tərəfindən mülki obyektlərə raket hücumlarının həyata kecirildiyini qeyd edərək, nazir bu xüsusda fiziki sübutlarımızın mövcudluğuna istinad etdi və aidiyyəti mexanizmlər ilə əməkdaşlıq imkanlarından faydalandığımızı bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.