Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası heç zaman baş verməyib. Burada hər hansı fikir ayrılığı olduğu təqdirdə belə bunun beynəlxalq səviyyədə qəbul olunmuş həll mexanizmi var.
Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, həll mexanizmi ondan ibarətdir ki, lazım olarsa, dövlətlər işçi qrupu yaratmalıdır:
“Müəyyən işçi komissiyası yaradılmalı, mütəxəssislər cəlb edilməlidir. Burada hər hansı siyasi isteriya formasında deyil, normal praqmatik formada iş aparılmalıdır. Sərhədlərin delimitasiyası olmalıdır. Bundan sonra hər bir tərəf beynəlxalq sərhədlərə hörmətlə yanaşmalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.