AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Dövlət Məşğulluq Xidmətlərinin 3-cü iclası keçirilib

  • + A
  • - A
  • 7-06-2021, 19:09


    İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Dövlət Məşğulluq Xidmətlərinin 3-cü iclası keçirilib.
    İƏT-in İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRİC) və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin İş Qurumu Baş İdarəsinin təşkil etdiyi iclasda 36 məşğulluq xidməti qurumundan 70 nümayəndə iştirak edib.
    İclasda dövlət məşğulluq orqanlarının potensialının gücləndirilməsinin vacibliyi, əmək bazarında yaranan problemlərin həlli, işsizliyin azaldılmasında qurumlar arasında əməkdaşlığın rolu müzakirə edilib.
    İƏT-ə üzv olan ölkələrin Dövlət Məşğulluq Xidmətləri arasında “2021-2022 illəri üçün Fəaliyyət Planı” və “Əməkdaşlıq üçün Prosedur qaydaları” qəbul edilib.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı iclasda Agentlik tərəfindən görülən işlər barədə məlumat verib. O, prosedur qaydalarının icrası üzrə qarşılıqlı əməkdaşlıq müstəvisində müvafiq işlərin görüləcəyini deyib.
    2021-2022-ci illər üçün imzalanmış Fəaliyyət Planının əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və dövlət məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR