Müharibənin başa çatmasından 1 ilə yaxın müddət keçir. Hazırda Xankəndi və sülhməramlıların nəzarəti altında olan ərazilərdə sakinlərin həyat şərtləri dözülməz haldadır.
Ermənistandan Xankəndiyə qazanc üçün gələn qadınlar Rusiya hərbiçilərində pis vərdişlərə aludəçilik yaradır, müxtəlif xəstəliklərin yayılmasına səbəb olurlar. İşsizlikdən əziyyət çəkən sakinlərin biz tərəfdən iş istəməsi barədə məlumat yayılsa da, qarşı tərəf belə xəbərlərin gizli saxlanılmasında maraqlıdır.
Xankəndi və ətraf rayonlarda kirayə qiymətləri ciddi şəkildə qalxıb. Digər tərəfdən, separatçılar tərəfindən sosial ödənişlər dayandırılıb. Ermənistana getmək istəyən Xankəndi sakinlərinin orada üzünə baxan da yoxdur. Günbəgün daha çox sakinbölgəni tərk etmək və ya Azərbaycan vətəndaşlığı almağı düşünür.
Politoloq Zaur Məmmədov bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, onlar zaman keçdikcə Azərbaycanın inkişaf etmiş rayonlarında yaşamağın onlara daha əlverişli olduğunu anlayırlar, nəinki qondarma, mifik böyük Ermənistan xəyalıyla yaşamağın. “44 günlük müharibə Böyük Ermənistan xülyasını darmadağın edib.Artıq mənəvi cəhətdən məhv ediliblər, bu gün nəinki böyük Ermənistan, hazrıkı Ermənistan dövlətçiliyinin özü şübhə altındadır və öz gələcəklərinə şübhə ilə yanaşırlar.
Bu gün Ermənistanda əhali sayı kəskin azalıb. Öz sərhədlərini qoruya bilmirlər. Qarabağda məskunlaşanlar sülhməramlıların arxasında gizləniblər. Bu gün biz Ermənistana şans veririk ki, sülh müqaviləsi imzalansın, bundan sonra onların inteqrasiyası məsələsinə baxıla bilər.Ya onlar Azərbaycanı qəbul edirlər ya da bölgəni tərk edirlər. Ən pis halda yenidən müharibə başlayacaq, məncə, bu müharibənin nə ilə nəticələnəcəyi də indidən bəllidir. İşğaldan azad edilmiş bölgələrimizdə tezliklə məskunlaşma başlayacaq. Minalardan təmizlənmə işləri tam gücü ilə gedir, infrastruktur layihələri aparılır. Öncə Şərqi Zəngəzur torpaqları, Qubadlı, Zəngilanda məskunlaşma başlayacaq, minalardan təmizlənmə davam etdikcə köç də sürətlənəcək. Az bir zamanda böyük işlər görülüb.
Bu gün Ermənistan ekspertləri, blogerlər özləri qeyd edirlər ki, bu 30 ildə orada heç bir iş görməyiblər. Bir neçə yol tikməkdən başqa. Bu gün Ermənistanda yaşayanlar belə qibtə ilə bizə baxırlar və bu, onlarda depressiya yaradır. Anlayacaqlar, hətta anlayırlar ki, Azərbaycanla düşmənçilik etmək əbəsdir”,- deyə ekspert bu məsələyə münasibət bildirib.
Bizim vətəndaşlığımızı qəbul etmək istəyənlərə sülhməramlılar mane olurlar. Bunun da siyasi səbəblərini anlamaq çətin deyil. Bəzi ekspertlər hesab edirlər ki, əslində beynəlxalq hüquqa görə, bu insanlar bizim vətəndaşlığı, qanunları qəbul edirsə, onların sərbəst hərəkət hüququna sülhməramlıların mane olması heç bir mandata uyğun deyil, bu məsələni beynəlxalq müstəviyə çlxarmaq lazımdır. Lakin nə qədər ki, təslimiyyəti rəsmi şəkildə elan etməyib, sülh müqaviləsini imzalamayıblar, onlar tərəfindən atılan hər addımda bir məkrli planın gizləndiyini ehtimal etmək lazımdır. Deyirlər, bu addımları atanlar Xankəndinin kasıb sakinləridir. Amma necə deyərlər, o boyda Çarı da kasıblar yıxmadımı?