Azadmedia.az CNBC-ə istinadən xəbər verir ki, Amerika lideri Co Baydenin dekabrda reytinqi rekord həddə - 44%-ə düşüb.
Telefon sorğusunun nəticələrinə görə, seçici qeydiyyatında olan ölkənin yetkin sakinlərinin 56%-i ABŞ-ın hazırkı rəhbərinin işini bəyənmir.
Amerikalıların ən böyük narazılığına ölkədəki iqtisadi vəziyyət və koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəb olub.
Qeyd edək ki, son sutka ərzində ABŞ-da pandemiya üzrə rekord gündəlik artım qeydə alınıb - 1 milyondan çox yeni koronavirus hadisəsi.
Əlavə edirik ki, noyabrda Ukrayna prezidenti Vladimir Zelenskinin reytinqinin az qala 20%-ə düşdüyü bildirilirdi ki, bu, onun dövlət başçısı seçilməsindən sonra ən aşağı göstəricidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.