AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstanın güc strukturları yaşayış məntəqələrini “təmizləməyə” davam edir

  • + A
  • - A
  • 9-01-2022, 10:36


    Qazaxıstanın güc strukturları yaşayış məntəqələrini “təmizləməyə” davam edir.

    Azadmedia.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə yanvarın 9-da Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin rəhbərliyi ilə keçirilən operativ qərargahın iclasında məlum olub.

    Qeyd olunub ki, hüquq-mühafizə orqanları və Silahlı Qüvvələr tərəfindən ölkədə ictimai hüquq qaydasının və qanunçuluğun bərpası, bölgələrdə fövqəladə vəziyyət rejiminə riayət olunmasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Nəzarət-buraxılış məntəqələri yaradılıb, bir sıra strateji obyektlər KTMT-yə üzv dövlətlərin birləşmiş sülhməramlı kontingentinə verilib. Güc strukturları qəsəbələri “təmizləmək”də davam edir. Terrorçuların yerinin müəyyən edilərək saxlanılması, sübut bazasının toplanması və sənədləşdirilməsi, müvafiq ekspertizanın aparılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR