Parlamentlərarası Assambleyanın təntənəli iclası planlaşdırıldığı kimi, bu ilin martında Almatada keçiriləcək. Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat yayıb.
Onun sözlərinə görə, bu məlumatı Qazaxıstan Parlamenti Senatının sədri də təsdiqləyib və qeyd edib ki, mən də görüşün təxirə salınması üçün heç bir səbəb görmürəm.
Bundan əvvəl Qazaxıstan Senatının sədri Maulen Aşımbayev MDB Parlamentlərarası Assambleyasının Valentina Matvienkonun sədr kimi fəaliyyətinin nəticəsi olan beynəlxalq səviyyədə konstruktiv dialoq və qarşılıqlı fəaliyyət üçün mühüm platformaya çevrildiyi barədə fikir bildirib.
Qeyd edilib ki, 2020-ci ilin noyabrında Valentina Matvienko yenidən Parlamentlərarası Assambleya Şurasının rəhbəri seçilmişdi.
Tərcümə etdi:Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.