AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden Texasdakı sinaqoqda girov götürülməsinə münasibət bildirib

  • + A
  • - A
  • 16-01-2022, 12:57

    Bayden Texasdakı sinaqoqda girov götürülməsinə münasibət bildirib

    ABŞ prezidenti Co Bayden Texasdakı Colleyville sinaqoqunda dörd girovu xilas etdiyinə görə polisə minnətdarlığını bildirib və bu cür antisemitizm təzahürlərini pisləyrək, - “İcazə verin, nifrət yaymaq niyyətində olan hər kəsə aydınlıq gətirim: biz ölkədə antisemitizmə və ekstremizmin artmasına qarşı duracağıq”, - mesajı verib.

    Xatırladaq ki, Kollivil sinaqoqunda silahlı şəxs 4 nəfəri girov götürmüşdü. O, terrorizmdə təqsirli bilinən bacısının həbsdən azad edilməsini tələb edib. Amerika mediası dəqiqləşdirib ki, söhbət Əfqanıstanda ABŞ müstəntiqlərinə hücum etdiyinə görə məhkəmə tərəfindən 86 il həbs cəzasına məhkum edilmiş Aafiya Siddiqidən gedir. Daha sonra Siddiqinin vəkili hücum edən şəxsin onun müvəkkili ilə qohumluq əlaqəsi olmadığını bildirib.

    Bir müddət sonra girovlar azad edilib, onlardan heç biri xəsarət almayıb, polis də silahlı basqınçının öldüyünü bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR