Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilir.
Azadmedia.az-ın yerli bürosunun verdiyi məlumata əsasən, konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edir.Əvvəlcə konfrans iştirakçıları əvvəlcə ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Konfrans çərçivəsində prokurorluğun inzibati binasına press-tur təşkil olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.