AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uşaqlar arasında virus sürətlə yayılır - XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 26-04-2022, 16:00

    Uşaqlar arasında virus sürətlə yayılır - XƏBƏRDARLIQ


    “Son günlər uşaqlar arasında virusun yayılması ilə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qusma, ishal və hərarət müşahidə olunur”.

    Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uşaqlar arasında yayılan bu xəstəliklər mövsümi xarakter daşıyır və simptomları rotavirusa məxsusdur.

    Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, hər il mövsümü xəstəliklər kimi müşahidə olunan rotavirus hazırda sürətlə yayılır:

    “Əlamətləri yüksək hərarət, qusma, bəzi hallarda ishalın olmasıdır. Valideynlərin uşaqları xəstə olduğu halda bağçaya, məktəbə göndərməsi virusun yayılmasında əsas səbəbdir. Xəstə uşaqlarla təmas nəticəsində sağlam uşaqlar da virusa yoluxur. Maye itkisi olduğuna görə, uşaqların vəziyyəti tez bir zamanda ağırlaşa bilər. Belə hallarda dərhal həkimə müraciət etmək lazımdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR