Azərbaycan Xarici İşlər Nazirliyi baş verən qatar qəzası ilə bağlı İrana başsağlığı verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Tvitter səhifəsində qeyd olunub.
"İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”, - paylaşımda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.