AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror İranın səfiri ilə görüşüb

  • + A
  • - A
  • 14-06-2022, 15:13

    Baş prokuror İranın səfiri ilə görüşüb

    İyunun 14-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib.

    Baş prokuror ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

    Həmçinin qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.
    Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.

    Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

    Görüş zamanı tərəflər arasında cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması, habelə mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ikitərəfli səfərlərin təşkil edilməsi ətrafında səmərəli müzakirələr keçirilib.

    Cinayətkarlıqla mübarizə sahəsində Azərbaycan və İran hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR