Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Azadmedia.az-ın məlumatına görə, bu barədə Y.Topçu telekonfrans vasitəsilə edilən çıxışında deyib.
"Azərbaycanın müzəffər ordusunun 26 İyun - Silahlı Qüvvələr Günü mübarək olsun.
Biz Azərbaycan və Ermənistanın sülh addımlarını dəstəkləyirik və regionun təhlükəsizliyi və rifahı naminə hər sahədə həmrəyliyimizi möhkəmləndirməyə davam edirik", - deyə Y.Topçu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.