"Tehran-Bakı əlaqələri düzgün yolda davam edir və İlham Əliyevin Tehrana səfəri birgə gündəliyə daxil edilib".
Bu barədə İran xarici işlər naziri tvitter-də yazıb:
"Qardaşım Ceyhun Bayramovla vacib və mehriban söhbətim oldu. İkitərəfli, regional və beynəlxalq məsələlərə baxılıb, Qarabağın ərazi bütövlüyünün qorunması və suverenliyə hörmət prinsipləri əsasında sülh yolu ilə həlli vurğulanıb".
Xarici işlər naziri qeyd edib ki, münasibətlər düzgün yolda davam edir, Cənab İlham Əliyevin Tehrana səfəri birgə gündəliyə daxil edilib.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının prezidenti və xarici işlər naziri ilə görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.