AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynanın Azərbaycandakı Fəxri konsulundan bayram təbriki

  • + A
  • - A
  • 10-07-2022, 13:32

    Ukraynanın Azərbaycandakı Fəxri konsulundan bayram təbriki

    Ukraynanın Azərbaycandakı Fəxri konsulu Mehrəli Qasımov müqəddəs Qurban bayramı münasibətilə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını və Azərbaycanda yaşayan bütün müsəlmanları təbrik edib.

    “Müqəddəs bayramda edilən bütün duaların, kəsilən qurbanların qəbul olunmasını Uca Tanrıdan diləyir. 44 günlük Vətən Müharibəsində canlarını fəda edən şəhidlərimizin ruhuna dinclik, ailələrinə cansağlığı arzulayıram. Eyni zamanda müharibə qazilərinin bayramını təbrik edirəm”, - deyə konsul qeyd edib.

    O vurğulayıb ki, Fəxri konsulluq olaraq fəaliyyətlərinin hər iki ölkənin dostluq, qardaşlıq, qarşılıqlı tərəfdaşlıq istiqamətində davam etməsi üçün əllərindən gələni edir və bundan sonra da edəcəklər: “Bildiyiniz kimi, həm Ukraynada, həm də dünyanın müxtəlif ölkələrində yaşayan ukraynalılar arasında da müsəlmanlar var. Onların da bayramını təbrik edir, həm Ukrayna, həm Azərbaycan, həm də bütün dünyada sülh və rifahın olmasını Uca Tanrıdan diləyirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR