AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin sözügedən Fərmanı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır

  • + A
  • - A
  • 29-07-2022, 10:21

    Prezident İlham Əliyevin sözügedən Fərmanı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır

    İyulun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzaladı. Fərmana əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırıldı. Fərman həm Elm və Təhsil Nazirliyinə, həm də Milli Elmlər Akademiyasına növbəti etimad kimi qiymətləndirilməlidir. Bu sözləri Azadmedia.az-a millət vəkili Ceyhun Məmmədov yeni Fərman və ondan irəli gələn vəzifələri şərh edərkən bildidib.
    "Sənəddə qeyd olunduğu kimi, Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir", - deyən deputat sözügedən Fərmanı elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcəyini bildirdi:
    "Beləliklə sözügedən Fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi səlahiyyəti Elm və Təhsil Nazirliyinə həvalə edildi. Nazirliyin yanında 2 yeni agentlik yaradılaraq və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi".
    C.Məmmədov onu da qeyd esib ki, uzun müddətdir Azərbaycan cəmiyyətində Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılırdı. Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür.
    Fərmanla Elm və Təhsil Nazirliyi, eləcə də Milli Elmlər Akademiyası qarşısında bir sıra yeni mühüm vəzifələr müəyyənləşdirir. Deputat Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası onun qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirdi, bu müqəddəs vəzifənin icrasında hər iki quruma uğurlar arzuladı.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR