Adil Əliyev,
Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, daha sonra hər iki dövlət başçısı təkbətək görüşüb.
Daha sonra Qazaxıstan prezidenti Müzəffər Ali Baş Komandana Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edib. Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri olaraq qeyd etməliyəm ki, iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə inkişaf etməsi, ortaq tarixi dəyərlərə malik olan hər iki dövlətin mənafelərinə uyğundur. Dövlət başçılarının rəsmi səfərləri ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verir. İqtisadi, sosial, humanitar əlaqələrin inkişafı, artan ticarət dövriyəsi nəticəsində münasibətlər yeni mərhələyə qədəm qoyur. Qeyd etməliyəm ki, ölkələrimiz arasında olan parlamentlərarası dostluq qrupları da aktiv fəaliyyət göstərir, istər qanun layihələrinin hazırlanmasında təcrübənin öyrənilməsi, istərsə də beynəlxalq təşkilatlarda müzakirələrin təşkili bu sahədəki münasibətlərin inkişafına yönəlmişdir. Prezident İlham Əliyevin rəhbərliyində ölkəmiz bu gün təkcə regionun, eləcə də dünyanın ən güclü dövlətlərindən birinə çevrilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.