Rusiya Müdafiə naziri Sergey Şoyqu vəzifədən uzaqlaşdırılıb. Bu barədə Britaniya kəşfiyyatı məlumat verib. Üstəlik məlumat nazirin vəzifədən uzaqlaşdırılma səbəbləri də qeyd olunub. Bildirilib ki, buna səbəb ordudakı təcrübəli zabitlərin Sergey Şoyqunu lağa qoyulması, təcrübəli hərbçi kimi qəbul olunmamasıdır.
“O, karyerasının çox hissəsini tikinti sektorunda və Fövqəladə Hallar Nazirliyində keçirib. Bu yaxınlarda müstəqil Rusiya KİV-lərinin birində yayımlanan “Vacib hekayələr” layihəsində Rusiyanın Ukraynaya qarşı müharibədə üzləşdiyi problemlərə görə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun istefaya göndərildiyini və əməliyyat komandirlərinin bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məlumat verdiyini yazıb."
Maraqlıdır ki, Rusiya hökuməti Şoyqu ilə bağlı iddialara hələ ki cavab verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.