DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı
Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirib ki, Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun kommendantı təyin olunub.
Rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.