Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri
Neçə gün idi bu toqquşmanı gözləyərdim və açığı dünən etdiyim təhlildə nə qədər real olduğu qənaətinə gəldim.
Beləliklə, nə üçün gecə döyüşləri başladı?1. Brüsseldə əldə edilən razılığı pozmaq üçün buna qədər Nikol və əsgərləri bir neçə təxribat həyata keçirmişdilər. Biz zənn etmirik ki, burda Paşinyanin Brüsseldən dərhal sonra Rusiya səfəri az rol oynamadı.
2. İlin sonuna qədər sülh müqaviləsini imzalamamaq Ermənistan üçün hazırda gündəm təşkil edir.
3. Azərbaycan isə sülh ilə yanaşı, Zəngəzur dəhlizinin açılmasını gözləyir.
4. Buna görə lazımdır ki, Azərbaycani hərbi toqquşmağa çəkməklə aqressor göstərmək və prosesin dayandırilmasına nail olmaq və buna səbəb Azərbaycanı göstərmək
5.Böyük qayıdış prosesinin şantaj etmək
6. Daim toqquşma mühitini saxlamaq və sabitliyin pozulması ilə bölgəyə investisiya cəlbini önləmək
7. Azərbaycan ordusunun kommunikasiya yolunu minalamaq
8. Prosesə KTMT-ni qoşmaq
9.İndiki məqamda (Ukraynada müharibə) Rusiya arxasında ikinci cəbhəni açmağa cəhd qərbdən gələn əmrə oxşayır və bu, ilk növbədə Rusiyaya xəyanətdir. Artıq Ermənistanın hansı qucaqda oturduğun görürük.
10. Və ən əsası proseslər Qarabağdan keçdi Zəngəzura. Zəngəzur Azərbaycanın layihəsidir. Yeni qızıl alma deyək.
11. Bu əməliyyat cəzalandırma xarakterlidir
12. Davamı olacaq.
13. Bir də diqqətlə baxaq: Paşinyan ilk olaraq kimə zəng vurdu.
14. Toqquşmaların arealı Qafan və Gorus xətti üzrə gedir. Deməli, ilk növbədə dəhliz və kommunikasiya məsələləri gündəmə gəlir ki, yollara mina döşənməsi buna real sübutdur.
15. Qeyd etdiyim kimi, Ermənistanın addımları BMT nizamnaməsinin 51-ci maddəsinin zəruriliyini işə sala bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.