Son günlər mediada İranın Ermənistana dəstək olması ilə bağlı xəbərlər dolaşır. Məlumata görə 13 sentyabrda Ordumuzun İran PUA-ları ilə vurulması barədə fikirlər var. Mövzu ilə bağlı İranın Bakıdakı səfirliyinə sual ünvanladıq.
Bildirildi ki, sosial şəbəkələrdə çox söz yazıla bilərlər. İran Ermənistana 30 ildə heç bir silah, texnika və ya muzdlu göndərməyib.
Sosial şəbəkələrdə 12-13 sentyabrda Ordumuzun İran PUA-ları ilə vurulması barədə yayılan məlumatı şərh edən səfirlik rəsmisi qeyd etdi ki, qonşu ölkələrdə müharibə olmasını biz də istəməzdik. Allah şəhidlərimizə rəhmət etsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.