Azərbaycan yaşıl iqtisadiyyatı inkişaf etdirərək onu prioritet istiqamətlərdən birinə çevirmək niyyətindədir.
Bunu BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 77-ci sessiyasında ölkənin xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Neft-qaz sektorunun hələ də ölkənin inkişafında mühüm rol oynamasına baxmayaraq, bu istiqamət Azərbaycan iqtisadiyyatının inkişafı üçün beş prioritetdən biridir”, - Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan digər, daha ənənəvi resursların sübut edilmiş və etibarlı təchizatçısı olmaqla, dünyada bərpa olunan enerjini inkişaf etdirən nadir ölkələrdən birinə çevrilib.
O əlavə edib ki, neft-qaz sənayesi ölkə iqtisadiyyatında əsas rollardan birini oynayır. Bununla belə, Azərbaycanın ÜDM-in yüksəlməsinə məhz qeyri-neft sektoru kömək etdi. Söhbət ondan gedir ki, iqtisadiyyatın qeyri-neft sahələrinin 11 faiz artımı hesabına ölkədə ÜDM 7,2 faiz artıb.
Qeyd edək ki, sentyabrın 22-də ölkənin energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan 2022-ci ildə Avropaya qaz nəqlinin həcmini 40% artırmağa hazırdır. Onun sözlərinə görə, bu ilin sonunadək Bakı regiona yanacaq ixracının həcmini 8,2 milyard kubmetr qazdan 11,5 milyard kubmetrədək artıracaq.
Sentyabrın əvvəlində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı Azərbaycandan Gürcüstan və Türkiyə ərazisi ilə Yunanıstan sərhədinə qədər uzanan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürmə qabiliyyətini iki dəfə artıracaq
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.