“Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə, bizim qarşılıqlı maraqlarımıza xidmət edib və edir. Onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır”.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
“Qırğız-Azərbaycan İnkişaf Fondunun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir. Əlbəttə, biz ilk dəfə olaraq, Dövlətlərarası Şuranın iclasını keçiririk. Münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul olunmasına, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq”, - deyə dövlət başçısı qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.