Ceyhun Məmmədov,
Millət vəkiliPrezident İlham Əliyevin Qırğızıstana səfəri, orada yüksək səviyyədə qarşılanması, Azərbaycan, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb. Bu gün dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar.
Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayırlar.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri həm də bir çox mühüm ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldı. Bir müddət bundan əvvəl Qırğızıstan Prezidentinin Azərbaycana səfəri, hazırda Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Beləliklə tam əminliklə söyləyə bilərik ki, bu səfərlərlə iki ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.