Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan Respublikasının ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Berekeşef ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclası çərçivəsində baş tutan görüşdə ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.