AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda tətillər və bəzi ölkələrdə iranlılara həmrəylik aksiyaları davam edir

  • + A
  • - A
  • 24-10-2022, 02:17

    İranda tətillər və bəzi ölkələrdə iranlılara həmrəylik aksiyaları davam edir

    İranda tətillər və iranlılara həmrəylik aksiyaları davam edir.
    Bu arada etirazlar həm İran daxilində, həm də dünya miqyasında həmrəylik hərəkatlarında müşahidə edilir. Şənbə günü həm Berlində, həm də Tokioda iranlılara dəstək üçün  böyük nümayişlər keçirilib.

    İran daxilində Kürdüstan bölgəsindən olan biznes sahibləri və fabrik işçiləri tətilə çıxıb. Ölkənin müxtəlif yerlərindəki universitetlərin tələbələri də nümayişlərə qoşulub.

    Azadmedia.az xəbər verir ki, İslahat tərəfdarı olan İranWire fəalı tərəfindən CNN-ə verilən məlumata görə kürd bölgəsinin paytaxtı Sənəndəcdə iş həftəsinin əvvəlində dükanlar bağlı qaldığı üçün dəhşətli dərəcədə sakitlik müşahidə olunur.

    Norveçdə yerləşən İran hüquq müdafiə təşkilatı Hengaw, Bukan, Sənəndəc və Marivanda da mağaza sahiblərinin tətil etdiyini söyləsə də, CNN bu xəbərləri təsdiqləyə bilmir.

    Şənbə günü IranWire-dan İran rejiminə qarşı etirazların videolarında Tehranın Şəhid Behasti Universitetində izdiham “Azadlıq, azadlıq, diktatora ölüm, Xamneyiyə ölüm” şüarları səsləndirib.
    Təbrizdəki Aydin Şokolad Fabrikinin işçiləri ümummilli etirazlarla həmrəy olaraq tətilə başlayıblar. IranWire-ın məlumatına görə, Şərqi Azərbaycan əyalətindəki Təbriz Universitetinin tələbələri də bir ağızdan rejim dəyişikliyinin üfüqdə olduğunu söyləyərək küçələrə çıxıb. Yəzd vilayətinin Yəzd Universitetində isə tələbələr bir əsrlik inqilabdan əvvəlki himni oxuyublar.

    Bir hadisə şahidinin CNN-ə verdiyi məlumata görə, yerli məktəblərdən “azadlıq” və “diktatora ölüm” çağırışı ilə etirazlara qoşulan gənc qızlar bir neçə dəqiqə sonra polis tərəfindən toplanaraq qara furqonlarla naməlum istiqamətlərə aparılıb.

    İrandan kənarda Azad Azadlıq Radiosunun yayımladığı videoda şənbə günü Avstraliyanın Sidney şəhərində piyada keçidində etirazçılar “azadlıq” şüarları səsləndiriblər.

    Almaniyanın dövlət televiziyası RBB Berlində 80 minə yaxın insanın həmrəylik nümayişi keçirdiyini bildirib.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR