Aydın Qyliyev,
Siyasi şərhçi Rusiyadakı səfirliyimizin bu ölkənin Xarici işlər nazirliyinə iki gün əvvəl təqdim etdiyi notada qəribə səslənən bir cümlə diqqətimi çəkdi.Daha doğrusu,dərindən təəccübləndim.Rossiya 1 kanalının "Bolşaya iqra"proqramında iştirak etmiş Azərbaycanın süverenlik və bütövlük mənafelərinə düşmən ifrat ermənipərəst ekspertlərin fikirləri lazımı sərtliklə cavablandırılır və eyni zamanda Azərbaycan -erməni xalqları arasında münasibətləri nəzərdə tutan belə bir qəribə cümlə işlədilir-" ....verilişin qonaqları iki xalq arasında düşmənçilik toxumu səpirlər."Təəccüblü fikirdi.Məgər 1988-ci ildən indiyədək bu 34 ildə aradakı münasibətin adı və mahiyyəti "DÜŞMƏNÇİLİK"deyildimi? Bu düşmənçiliyin nə zamansa bitəcəyini iddia edənlər varmı? Bu cümləni yazanların məntiqi nəyə söykənir? "Düşmənçilik toxumu "nə deməkdir"? O toxum deyilən şey lap çoxdan qol-budaq və kök ataraq heç zaman quruyana oxşamayan bir ağaca çevrilməyibmi?..
Əli Kərim kimi istedadlı şairi adsız-sansız dəfn edərək Samvel Qriqoryanlara Azərbaycanın "xalq şairi"fəxri adını verənlərin və yenə də "qardaş olub Hayastan -Azərbaycan "deyənlərin dövrünün qayıdacağına kim inanır? Buna inananlardan (?) başqa rəsmi sənədlərdə kim belə cümlə yaza bilər ?...
Heç olmazsa yazsaydılar ki,"iki xalq arasında etimad mühitinin yaranmasına mane olurlar",başa düşmək və qəbul etmək olardı....
Təəssüf...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.