Rusiya prezidenti Vladimir Putin situasiya mərkəzindən quru, dəniz və hava qüvvələrinin illik təlimini izləyib. Rusiya Silahlı Qüvvələri düşmənin nüvə zərbəsinə cavab olaraq kütləvi nüvə zərbəsi endirmək vəzifələrini işləyib hazırlayıb.
Təlimlər zamanı “hərbi idarəetmə orqanlarının hazırlığı və rəhbərlik və əməliyyat heyətinin komandanlıq və idarəetmənin təşkili üzrə bacarıqları” yoxlanılıb. “Strateji çəkindirmə qüvvələrinin təlimi zamanı nəzərdə tutulan tapşırıqlar tam şəkildə yerinə yetirilib, bütün raketlər göstərilən xüsusiyyətləri təsdiq edərək hədəflərinə çatıb”, - Kreml bildirib.
Azadmedia.az xəbər verir ki, kommersant-ın yazdığına görə sonuncu dəfə fevralın 19-da strateji çəkindirmə qüvvələrinin (hipersəs və nüvə silahları da daxil olmaqla) ballistik raket buraxılışları ilə təlimləri keçirilib, Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə birlikdə onları izləyib. Fevralın 27-də Rusiya prezidenti Müdafiə Nazirliyinə Rusiya çəkindirici qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. Bu, “NATO ölkələrinin yüksək rütbəli rəsmilərinin aqressiv bəyanatlarına” cavab olaraq edilib.
Hər ikisində Rusiya Federasiyası ABŞ-ı təlimlər keçirmək planları barədə əvvəlcədən xəbərdar edib. Dünən, oktyabrın 25-də Pentaqon manevrləri izləyəcəklərini açıqlayıb. Xatırladaq ki, sentyabrda Vladimir Putin Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşərsə, onun nüvə silahından istifadə etmək hüququndan danışmışdı. Avropa İttifaqı da öz növbəsində Ukraynaya nüvə hücumuna “cavab verəcəyi” cavabı ilə Rusiyanı xəbərdar etmişdi.
Tərcümə etdi: ELNURƏ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.