Britaniya kəşfiyyatının bu gün açıqladığı araşdırmaya görə, Ukraynadakı müharibəyə qarşı partizan hərəkatı Rusiyada dəmiryol təxribatına diqqət yetirərək böyüyür və genişlənir.
Azadmedia.az xarici kiv-lərə istinadən xəbər verir ki, sonuncu insident cəmi 2 gün əvvəl, oktyabrın 24-də Belqorod vilayətinin Rusiya-Belarus sərhədindən təxminən 15 km aralıda yerləşən Novozıbkovo kəndi yaxınlığında baş verib. Bu dəmir yolu xətti Rusiya ilə Belarusun cənubu arasında əsas əlaqə marşrutudur.
İnsidentə görə məsuliyyəti Rusiyanın “Maşınları dayandır” anti-müharibə qrupu öz üzərinə götürüb. Qrupun Telegram kanalı dəmir yolunda sərnişin qatarları üçün təhlükəsiz üsullarla təxribatların aparılmasına dair təlimat dərc edib.
Bu, qrup tərəfindən iyun ayından bəri ən azı yeddinci təxribatdır.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusu Ukraynada qüvvələr yerləşdirmək üçün ilk növbədə dəmir yolu nəqliyyatından istifadə edir, lakin dəmir yolu şəbəkəsinin uzunluğu 33 min km-dən çoxdur və əsasən sivilizasiyadan uzaq ərazilərdən keçir, ona görə də onu bu cür təxribatdan qorumaq olduqca çətindir. İngilislər zaman keçdikcə “Vaqonları dayandır” hərəkatının daha da fəallaşacağını proqnozlaşdırırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.