ABŞ prezidenti Co Bayden İsrail prezidenti İsaak Hersoqla görüşüb. Liderlər Ağ Evdəki görüşdə İranın nüvə təhlükəsini müzakirə ediblər. Görüşdən sonra Hersoq ABŞ-ın İsrailin ən yaxın müttəfiqi olduğunu bəyan edib.
Azadmedia.az HaberGlobal-a istinadən bildirir ki, görüşdən əvvəl açıqlama verən Bayden, İsrailin sabah Livanla imzalaması gözlənilən dəniz sərhədlərinin müəyyən edilməsinə dair razılaşmanı təqdir edərək, müqavilə imzalamasını tarixi addım adlandırıb.
ABŞ-ın İsrailə dəstəyini vurğulayan Bayden, "Cənab prezidentə tez-tez demişəm, əgər İsrail olmasaydı, biz onu uydurmalıydıq" deyib.
Hersoq Baydeni İsrailin əsl dostu kimi təsvir edərək, “ABŞ bizim ən yaxın müttəfiqimizdir” deyib. İranın yaratdığı nüvə təhlükəsini də müzakirə edəcəklərini bildirən Hersoq, İrandakı etirazlara toxunaraq, öz xalqına zülm edən İran rəhbərliyinin nüvə enerjisi əldə etmək yolunda olduğuna diqqət çəkib, İranı Rusiyanı ukraynalıları öldürmək üçün istifadə edilən silahlarla təmin etməkdə ittiham edib.
Hersoq həmçinin Baydenə İsrail və Livan arasında dəniz sərhədi razılaşmasına vasitəçilik etdiyinə görə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.