BMT Baş Assambleyasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ı onların kommersiya peyklərinin “zərbə üçün qanuni hədəfə çevrilə biləcəyi” ilə hədələyib.
Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktor müavini Konstantin Vorontsovun sözlərinə görə, Qərbin hərəkətləri dinc kosmik fəaliyyətləri, eləcə də yer üzündəki çoxsaylı sosial-iqtisadi prosesləri təhlükə altına qoyur. Vorontsovun fikrincə, ABŞ kosmosda hələ də qarşısı alına bilən silahlanma yarışına start verir.
“Ayrıca, biz Ukraynadakı hadisələrin gedişində özünü açıq şəkildə göstərən son dərəcə təhlükəli tendensiyanı vurğulamaq istərdik. Söhbət ABŞ və onun müttəfiqlərinin kosmosda mülki infrastruktur komponentlərindən, o cümlədən kommersiya komponentlərindən silahlı münaqişələrdə istifadəsindən gedir. Belə kvazi-mülki infrastruktur cavab zərbəsi üçün qanuni hədəf ola bilər”, - Vorontsov BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında deyib.
Göründüyü kimi, söhbət Ukrayna hakimiyyətinə Starlink peyk internet sisteminə çıxışı təmin edən SpaceX şirkətinin İlon Maskın peyklərindən gedir. Bu peyk əlaqəsi Ukrayna hərbçiləri tərəfindən rabitə və döyüş tapşırıqları üçün istifadə olunur. Amerikanın “Planet Labs” və “Maxar” şirkətlərinin peyklərindən alınan görüntülərin köməyi ilə Qərb mediası müharibə zonasında baş verənlər haqqında məlumat əldə edir.
Bundan əlavə, Ukrayna mətbuatının yazdığına görə, ukraynalıların topladığı vəsaitlər bir ildən artıq müddət ərzində Finlandiyanın ICEYE şirkətinin peyklər bürcündən məlumat əldə etmək, eləcə də ilin sonunadək peyklərdən birinə tam çıxış əldə etmək üçün istifadə edilib. Shutterstock.com
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.