AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KTMT baş katibinin Azərbaycanla sərhədlə bağlı hesabatı reallıqları əks etdirir - Paşinyan

  • + A
  • - A
  • 28-10-2022, 22:18

    KTMT baş katibinin Azərbaycanla sərhədlə bağlı hesabatı reallıqları əks etdirir - Paşinyan

    Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası zamanı bildirib ki, KTMT-nin baş katibi Stanislav Zasın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı məruzəsi əsasən mövcud reallıqları əks etdirir. Bu barədə Azadmedia.az Today Yerevan-a istinadən xəbər verir.
    Bildirilir ki, iclasda KTMT baş katibinin XTK-nın 13 sentyabr tarixli protokol qərarı ilə Ermənistana göndərilmiş missiyanın işinin yekunlarına dair hesabatı müzakirə olunub.
    Paşinyan “Azərbaycanın 2021-ci il mayın 12-də və ondan sonra, o cümlədən 13-14 sentyabr 2022-ci il tarixlərində Ermənistanın suveren ərazisinə təcavüzü ilə bağlı” KTMT-yə aydın siyasi qiymət verilməsinin və bunun üçün konkret yol xəritəsinin hazırlanmasının vacibliyini bəyan edib, Ermənistanın ərazi bütövlüyünü bərpa etməkdə kömək istəyib. Mətbuat xidmətinin məlumatına görə, iclasın yekunu üzrə KTMT ölkələrinin xarici işlər nazirlərinə qərar layihəsini razılaşdırmaq tapşırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR