Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, İrəvan regional nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır və istənilən vaxt müvafiq qərarlar qəbul etməyə hazırdır.
“Regional kommunikasiyaların bloklanmasına gəlincə, Ermənistan bu məsələdə çox maraqlıdır və biz 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi əsasında istənilən vaxt konkret qərarlar qəbul etməyə hazırıq”, – deyən Paşinyanın sözlərinə görə, Ermənistan tərəfi bu kontekstdə Putinin “Dağlıq Qarabağda sülhün qorunması üzrə tədbirlər haqqında” 9 noyabr 2020-ci il tarixli fərmanının üçüncü bəndinə və əldə edilmiş razılaşmaları əks etdirən televiziya müraciətinə də istinad edir. Məsələnin mahiyyəti belədir: Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyalar Ermənistan Respublikasının tam nəzarəti altında olmalı və Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti yuxarıda göstərilən razılaşmaların icrasına nəzarət etməlidir”.
Today Erevan-dan tərcümə etdi: Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.