Paşinyan sabah İrana gedəcək. Azadmedia.az İranın İSNA xəbər agentliyinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı İran prezidenti İbrahim Rəisinin dəvəti ilə İrana səfər edəcək.
Qeyd olunur ki, görüşün nəticələrindən sonra Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Paşinyanla birgə Ermənistanın siyasi və iqtisadi nümayəndə heyəti də Tehrana gələcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.