Aydın Quliyev,
"Bakı xəbər" qəzetinin baş redaktoru 31 Oktyabr 2022-ci ildə Soçidə keçirilmiş üçtərəfli Əliyev-Putin-Paşinyan görüşünün sonrakı gedişini daha çox bir fakt həll etdi.Yəni üçtərəfli bəyanatda Azərbaycan üçün prinsipial əhəmiyətli məsələlər barədə ziyanlı və ya arzuolunmaz müddəaların olmasının qarşısını məhz bu fakt kəsdi.Nədir həmin fakt?
Bizim Prezident üçtərəfli görüşdən qabaq Putinlə ikitərəfli görüşdə dedi ki, münaqişə artıq tarixdə qaldı, iki il əvvəl həll olundu, bu barədə müzakirə olunası bir şey qalmayıb, iki ölkənin münasibətlərinin normallaşması üçün isə işlər görülməlidir. Prezident İlham Əliyevin öncədən qəti inamla dediyi bu sözlər birgə bəyanata Dağlıq Qarabağ,status və digər vaxtı keçmiş sözlərin salınmamasının əsas qarantı oldu....
Bəyanatda deyilmiş ümumi sözlərdə isə Azərbaycanın ziyanına təsirli ola biləcək heç nə yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.